Foto bu gün Lənkəranda çəkilib


Xəbər verdiyimiz kimi aprelin 8-dən etibarən Azərbaycanda pensiyaların verilməsinə başlanılıb. Bununla əlaqədar olaraq isə  bir çox bankomatların qarşısında karantin qaydalarına zidd olan, sıxlıq müşahidə edilib. 
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə bu gün Lənkəran şəhərində "Kapital Bank" bankomatının qarşısında çəkilən foto paylaşılıb. Fotodan da aydın olur ki, pensiya almağa gələn sakinlər karantin qaydalarını ciddi şəkildə pozublar. Azərbaycanda xüsusi karantin rejimi qaydalarına görə, 10 nəfərdən artıq insanların bir yerə toplaşmağı qadağandır. Bu həm bakomat qarşısında olan şəxslərin, həm də evdə olan yaşlı insanlar üçün həyati təhlükə yaradır. Eyni zamanda fotoda az yaşlı uşaqlar da müşahidə edilib. Maraqlıdır ki, bu qədər adam bir yerə toplaşsa da, polis əməkdaşları heç bir müdaxilə etməyib. 
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası əhaliyə bununla bağlı aprelin 6-da xəbərdarlıq etmişdi. Özəlliklə qeyd olunmuşdu ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top