Koronavirus yarasalardan insana necə keçir? – ALİMLƏR AÇIQLADI


Kanadanın Ottava Universitetinin biologiya üzrə professoru Xuhua Xia koronavirusun yarasalardan insanlara necə yoluxa biləcəyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı alimin gəldiyi qənaətə görə, virusun yayılmasının əsas səbəbkarı sahibsiz küçə itləridir. 
“Müşahidələrim COVID-19-un necə yayılması ilə bağlı yeni bir məlumat əldə etməyə imkan verdi. Virus sahibsiz küçə itlərinin bağırsaqlarında asanlıqla yayıla bilir. Həmin itlər də yarasalar yeyir və virusun yayılmasına şərait yaradırlar. Bundan sonra da virus mutasiyaya uğrayaraq, insan orqanizminə keçir” – deyə, kanadalı alim qeyd edib.
Qeyd edək ki, alimlər bu günə qədər apardıqları araşdırmada bilinən 1252 beta-koronavirus genomunu təhlil ediblər. Onlar sahibsiz itlərin genlərini araşdıraraq, həmin itlərin səbəb olduğu CcoVs virusu ilə COVID-19 arasında oxşarlığı müəyyən ediblər. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top