Azərbaycana poçtla gətirilən yüklərin çəkisi 243 dəfə artıb - RƏSMİ


Bu ilin yanvar-mart aylarında Azərbaycana 1 milyon 756 min 133 ton yük daşınıb.
Yeniavaz.com
xəbər verir ki, daşınan yüklərin 71,2 tonunu poçt göndərişləri təşkil edib. 
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 3 ayında poçt vasitəsilə xaricdən gətirilən yüklərin çəkisi cəmi 1,09 ton olub.
Rəqəmlərdən də göründüyü kimi ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında xaricdən gətirilən poçt göndərişlırinin çəkisi 65,3 dəfə artıb. 
Bu ilin mart ayında isə poçtla 24,23 ton yük gətirilib. Bu göstərici ötən ilin mart ayından 243 dəfə çoxdur. Belə ki, ötən ilin mart ayında poçt vasitəsilə xaricdən cəmi 100 kiloqram yük gətirilib. 
2020-ci ilin mart ayında poçt vasitəsilə xaricə göndərilən yüklərin çəkisi isə 390 kiloqram olub. Ötən ilin martında poçt vasitəsilə xaricə 30 kiloqram yük göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top