"Körpəmizin düşdüyü bu hala artıq dözə bilmirik" - FOTO/VİDEO


Mingəçevir sakini səhhətində ağır problemlər olan  körpə uşaqlarının müalicəsi üçün imkanlı şəxslərdən yardım istəyir.
Yeniavaz.com
xəbər verir ki, körpənin nənəsi, Mingəçevir sakini Almaz Əliyeva körpə nəvəsinin düşdüyü vəziyyətə artıq dözə bilmədiklərini deyir: "Nəvəm Miran oğlumun ikinci oğul övladıdır. Nəvəmin durumunu həkimlərin səhvi ucbatından oldub. Ona görə ki, uşaq hələ ana bətnində olanda inkişafdan dayandığını həkim bizə düzgün diqanoz nəticəsində bildirməyib. Əvvəlcə gəlini müayinə üçün Mingəçevir Mərkəzi Xəstəxanasına apardıq. Həkimlər dedi ki, uşağın başında maye var. Biz inanmadıq "Mingəçevir Region Hospital"  xəstəxanasına da getdik. Oradan bizə bildirildi ki, uşaq sağlamdır". 
Almaz Əliyevə bildirdi ki, uşaq doğulandan iki ay sonra geriləmə başladı, çəkisi artmadı: "Şəki şəhərinə “Uzi“aparatına apardıq bizə dedilər ki, uşağın başında maye var. Aparmadığımız həkim qalmadı hərə bir söz dedi. Müxtəlif müalicələr aldı lakin heç bir nəticə olmadı. İndi 11 aylıq uşaq 1 aylıq uşaq kimi qalıb. Bu günə qədər uşaq yarım kiloqram artıb. 11 aydır gecəmiz, gündüzümüz yoxdur. Uşağa şprislə yemək veririk. Özümüz də imkansız ailəyik, oğlum işləmir bizim pensiyamızla dolanırıq. İmkanlı şəxslərdən kömək istəyirəm bu uşağın müalicəsi üçün bizə yardım etsinlər. Allah xatirinə bu körpənin yaşaması üçün kömək edin”.
Ailəyə kömək etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.
Tel: 050 592 68 92



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top