Abbas Səhhət adına xəstəxanada çəkildiyi iddia edilən görüntülərlə bağlı rəsmi AÇIQLAMA - VİDEO


Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı xəstəxanada karantində saxlanılan tibb işçilərinin görüntüləri yayılıb.
Yeniavaz.com
-a göndərilən görüntüdə saxlanılan şəxslər koronavirus analizlərinin nəticələri neqativ çıxdığı halda karantinə salındıqlarını, eyni zamanda onkoloji xəstə olduqlarını qeyd ediblər.
Bundan əlavə, videoda bir neçə tibb işçilərinin adları çəkilərək, onların da koronavirusa yoluxduğu iddia edilib. 

Məsələ ilə bağlı Gəncə Səhiyyə İdarəsindən Yeniavaz.com-a bildirildi ki, Abbas Səhhət adına 1 saylı xəstəxana karantin rejimi üçün nəzərdə tutulmayıb: "Sözügedən xəstəxanada karantində saxlanılan yoxdur". Qurumdan bildirildi ki, görüntülərdə yer alan tibb işçilərindən Abbas Səhhət adına 1 saylı xəstəxanın əməkdaşının olub-olmaması haqqında onlarda məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Abbas Səhhət adına 1 saylı xəstəxananın İnfeksion xəstəliklər şöbəsindən xəstəxanada heç bir yoluxma faktının qeydə alınmadığı bildirilmişdi.​
Sözügedən videonu təqdim edirik:


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top