Bacılar dəm qazından boğulduqları gün nənələri də ölübmüş... - FOTO


Ötən gün Bakı şəhəri, Gəncə Prospekti 34 nömrəli binada dəm qazından zəhərlənərək ölən iki bacının meyitləri ailəyə təhvil verilib.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, məlum olub ki, həmin mənzildə kirayədə yaşayan Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Mustafazadə Aygün Elxan qızı və onun bacısı 1993-cü il təvəllüdlü Mustafazadə Aytən Elxan qızı Bakıda yerləşən şirkətlərin birində reklam agenti kimi işləyiblər.

Qeyd edilir ki, Aytən və Aygün dəm qazından zəhərlənib ölən günü səhər saatlarında onların nənələri də kənddə dünyasını dəyişibmiş.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dəm qazından zəhərlənmə hadisəsi dünən axşam  21:30 radələrində qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top