Tramp onu tənqid edən jurnalistə əsəbləşdi - "Yalançı, rəzil" - VİDEO


ABŞ prezidenti Donald Tramp onu tənqid edən jurnalisti yalançı adlandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp yeni növ koronavirus səbəbilə  keçirdiyi mətbuat konfransında "CBC" televiziyasının müxbiri ilə mübahisə edib. Belə ki, müxbir ABŞ prezidentinə "belə bir bənzəri görülməmiş hadisə qarşısında sizin boş-boş danışmağınız qarşısında insanlar özlərini necə təhlükəsiz hiss etsin? Vaxtdan lazımi şəkildə istifadə edilmədi, bütün bu müddət ərazində ABŞ-da xəstəxanaları hazırlamaq və testlərin sayını artırmaq olardı" -deyə bildirib. Tramp isə bu suala əsəbləşərək "Elə yalançı, rəzilsən ki, bunu sözləri demək tərzin belə utanc verir" -deyə cavab verib. ABŞ prezidenti ilə müxbir arasındakı mübahisə bir müddət etdikdən sonra sona yetib.
Həmin görüntüləri təqdim edirik:

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top