Mart ayında Azərbaycana xaricdən nə qədər avtomobil gətirilib?


Bu ilin mart aylarında Azərbaycana xaricdən 3 min 945 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, mart ayında 3 min 700 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı olunub.
Bundan başqa mart ayı ərzində 2 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 231 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 12 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Eyni zamanda mart ayında 293 ədəd hibrid avtomobil idxal olunub ki, bunların da 5-ini yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top