İŞİD İraqda hücuma keçərək iki rayonu tutdu

İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Rutba şəhərinə hücum edərək iki rayonu ələ keçiriblər və beş girov edam ediblər. “Yeniavaz.az”ın RİA Novsoti-yə istinadən verdiyi məlumata görə, İordaniya sərhədi yaxınlığında yerləşən Ənbar vilayətindəki şəhərə hücum ötən gün başlayıb. İŞİD şəhərin Mitak və İntisar rayonlarında nəzarəti ələ keçirib. Terrorçular bir neçə polis və dinc sakini girov götürüblər. Onlardan ən azı beş nəfər edam edilib. Ənbar vilayətinin komandanlığı İŞİD-in nəzarətindəki mövqeləri təmizləmək üçün əlavə qüvvələr göndərib.

DİGƏR XƏBƏRLƏR

Top