İspaniyada COVID-19 səbəbilə ölənlərin sayı 20 minə yaxınlaşdı


İspaniyada yeni növ koronavirusdan ölənlərin sayı artdı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyada son 24 saatda yeni növ koronavirus səbəbilə ölənlərin sayı 523 nəfər olub. Beləcə həmin ölkədə COVID-19 səbəbilə ölənlərin sayı 18 min 579 nəfərə çatıb. Qeyd edək ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirusdan dünyada 127 min 492 nəfər dünyasını dəyişib. Bu gün etibarilə həmin xəstəliyə yoluxanların sayı 2 milyonu aşaraq, 2 milyon 11 min 852 nəfərə çatıb. 489 min 596 nəfər isə koronavirusdan tam sağalaraq evə buraxılıb. 
Ruslan  Yusibov

DİGƏR XƏBƏRLƏR

Top