Brent neftinin qiyməti yenidən 30 dollardan aşağı düşdü – SON RƏQƏMLƏR


Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri bu gün 1,5% ucuzlaşaraq hazırda 1 barelə görə 29,1 dollar təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə hazırda 1 barelə görə 20,1 dollar olub.
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 2,7 dollar ucuzlaşaraq 22,6 dollara düşüb.
Qeyd edək ki, aprel ayının 2-də “Azeri Light" markalı neft tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 bareli 16,54 dollara satılıb. "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Maraqlıdır ki, ötən həftə “OPEC+” ölkələrinin may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaldıması barədə əldə etdikləri razılaşma da neftin qiymətini yüksəltməyə kömək etməyib.
Onu da qeyd edək ki, Azərbaycan da qəbul edilən yeni “OPEK+” razılaşması çərçivəsində bu ilin may-iyun aylarında neft hasilatını 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Belə ki, gündəlik neft hasilatı 718 min barel olan Azərbaycanda qeyd olunan dövürdə gündəlik hasilatı 554 min barel həcmində saxlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top