
Çin super liqasının güclü komandalarından olan "Xuangzo Everqrand" klubunun futbolçusu avtomobilinin nömrəsində etdiyi dəyişikliyə görə komandadan qovulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çin Milli Komandasında da forma geyinən 33 yaşlı Yu Hanqhao tıxacda cərimələrdən qurtulmaq üçün avtomobilinin nömrəsindəki "E" hərfində dəyişiklik edərək "F" hərfi ilə əvəz edib.
Bütün bunlar digər hərəkət iştirakçıları tərəfindən qeydə alınıb.
Futbolçu bu hərəkətindən sonra komandasından qovulub.
O sürücülük vəsiqəsinə 12 cəza balı yazılmaqla 15 gün müddətinə həbs olunub.
Guangzhou Evergrande Taobao Football Club of Chinese Super League fired 33-yr-old player Yu Hanchao after he was caught on video altering his license plate on April 14. Yu was also given a 14-day detention by Guangzhou police. pic.twitter.com/FyLQOsOhcZ
— Sports China (@PDChinaSports) April 14, 2020
İlkin Uğur
Tətbiqimizi yükləyə bilərsiniz