Koronavirusa qarşı dərman sınaqları ölümlə nəticələndi - testlər dayandırıldı


Braziliyada yeni növ koronavirusa qarşı hazırlanan dərmanların sınağı ölümə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyada laboratoriyada müəyyən dərmanların COVİD-19-a qarşı təsiri araşdırılıb. Daha sonra həmin dərmanlar insanlar üzərində sınaqdan keçirilib. Nəticədə dərmanların əks təsir göstərməsi ilə iki nəfər dünyasını dəyişib. "Manaus Tropik Tibb İnstitutu"da aparılan sınaqda iştirak edən digər şəxslərdə isə ürəkdə ritm pozğunluqları ortaya çıxıb. Bu hadisədən sonra Braziliyada COVİD-19-a qarşı hazırlanan bütün sınaqlar dayandırılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Braziliyada sınaqdan keçirilən dərman vasitələrinin hər şeyi dəyişdirəcək təsirə malik olacağını bildirmişdi
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top