Tramp: "ÜST-ə görə yoluxma sayı 20 qat daha artıq oldu"


Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu, bu virusdan ölənlərin sayı isə 125 mini ötüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxanlar və ölənlərlə bağlı növbəti dəfə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) günahlandıraraq onlara ayrılan vəsaiti dayandırdığını açıqlayıb:
"Hər kəs nələrin olduğunu çox yaxşı bilir. Çin və başqa ölkələrə səyahət qadağasına qarşı çıxdılar. Biz Çin və digər ölkələrə səyahətə qadağa qoyduq və bununla minlərlə insanın həyatını qurtardıq. ÜST bütün bunlara qarşı bizimlə savaşdı. Bu təşkilatın üzündən yoluxma sayı 20 qat daha artıq oldu".
Tramp çıxışında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dövlət büdcəsindən ayrılan 400 milyon dollardan çox vəsaitin 60 və ya 90 gün müddətində dayandırdıldığını söyləyib. 
Tramp həmçinin yeni bir fond yaradıldığını açıqlayaraq həmin fonda ölkənin ən zəngin iş adamlarının, siyasətçilərin və iqtisadçıların dəstək olduğunu da bildirib.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top