"Ferrari" pilotu Bakıdakı qəzanı eyni döngədə təkrarladı - VİDEO


"Ferrari" pilotu "Formula 1" üzrə Azərbaycan Qran-prisində üzləşdiyi qəzanı virtual yarışda da təkrarlayıb.

Bu barədə monakolu sürücünün özü şəxsi "Twitter" səhifəsində paylaşım edib. Komik situasiya ondadır ki, Lekler 2019-cu ildəki Qran-pridə təsnifat mərhələsi zamanı eyni döngədəki qəza ilə yenidən üzləşib. O, paylaşımına "Hətta virtual oyunda da" şərhini yazıb.

Qeyd edək ki, ötən il Şarl Lekler "Ferrari"də ilk mövsümünü keçirib. Yekunda o, 264 xalla 4-cü yeri tutub. Lekler komanda yoldaşı Sebastyan Fetteli qabaqlamağı bacarıb. Hazırkı mövsüm koronavirus pandemiyası üzündən hələ start götürməyib. //Report

DİGƏR XƏBƏRLƏR

Top