Koronavirusdan ölən partiya sədrinin son sözləri... - VİDEO

Türkiyədə koronavirusdan dünyasını dəyişən Müstəqil Türkiyə Partiyasının sədri (MTP) Haydar Başın ölümündən əvvəl çəkilmiş son görüntüləri yayılıb.

Haydar Baş təxminən 1 həftə əvvəl Trabzonda xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun koronavirusa yoluxduğu məlum olub. Daha sonra vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib. Partiya sədri həkimlərin səylərinə baxmayaraq bu gün vəfat edib.

Haydar Başın son sözləri belə olub: “Salamlarınızı aldım, çox məmnun oldum. Sizin üçün darıxmışam. Mən də sizə salam göndərir, bağrıma basıram. Allaha əmanət olun”.


Yenisabah

DİGƏR XƏBƏRLƏR

Top