
Rusiyada təkmilləşdirilmiş yeni "Qrad" raketləri sınaqdan keçirilib.
Yeniavaz.com xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi təkmilləşdirilmiş yeni "Qrad" raketlərinin sınaq görüntülərini yayımlayıb. Məlumat üçün deyək ki, "Qrad" 122 mm reaktiv yaylım atəş sistemidir. “Katyuşa” sisteminin bazasında yaradılmış bu sistem “Ural-375” və ya “Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Bu sistem NATO ölkələrində M1964 adı ilə tanınır.
Ruslan Yusibov