Bakıda yasa getmək adı ilə karantini pozan şəxs idmançı imiş - FOTOLAR


Bu gün Daxili işlər Nazirliyi “8103” qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.

O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.

İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus “Go Fitness” idman zalında fitnes müəllimi kimi çalışır.

DİGƏR XƏBƏRLƏR

Top