Türkiyədə partiya lideri koronavirusdan öldü - FOTO


Müstəqil Türkiyə Partiyasının prezidenti Haydar Baş 73 yaşında koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Trabzonda müalicə aldığı xəstəxanada vəfat edib. Bildirilir ki, mərhum ailə qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, aprelin 13-də partiya lideri Haydar Baş koronavirus testi pozitiv çıxaraq xəstəxanaya yerləşdirilmişdi. Onunla bərabər ailə üzvlərindən 8 nəfərin də koronavirus testinin nəticəsi pozitiv çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top