Ukraynada meşə yanğını Çernobıl bölgəsinə yaxınlaşır


Çernobıldə yanğın səbəbilə radiasiya səviyyəsi yenidən yüksəlməyə başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynada 4 apreldə başlayan meşə yanğınlarını söndürmək hələlik mümkün olmayıb. 34 il əvvəl nüvə reaktorunun partladığı bölgədə başlayan yanğınlar gündən-günə Çernobıl faciəsinin olduğu yerə yaxınlaşır. Verilən məlumatlarda yanğın səbəbilə radiasiyanın səviyyəsi artmağa davam etdiyi bildirilib.
Qeyd edək ki, Ukraynadakı yanğın səbəbilə əhalisi təxliyə edilmiş 12 kənt və məzarlıqlar yanaraq kül olub. Son rəqəmlərə görə, yanğın  3 min 500 hektar ərazini əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top