“Məşqdən 10 dəqiqə sonra ölü kimi idim“ - Maldini


"Bir idmançı özünü və bədənini tanıyır. Mən də keçmiş idmançı kimi bunları bilirəm. İlk anda dərhal bunun normal bir qrip olmadığını, fərqli bir şey olduğunu başa düşdüm. Bu, yeni bir virusdur və vücudunuz tanımadığı bir düşmənə qarşı mübarizə aparır. Ağrılar xüsusilə güclü idi".

Bu sözləri koronavirusa yoluxan və sağalan "Milan"ın idman direktoru Paulo Maldini İtaliya mətbuatına açıqlamasında deyib.

Klubun əfsanəsi bildirib ki, simptonlar onda güclü əzələ ağrıları, 38,5-dən yuxarı qalmayan hərarətlə başlayıb və nəfəs darlığı olmayıb.

Maldini koronavirusdan sonra yenidən məşqlərə başlamağın çətin olduğunu söyləyib: "Məşq etmək üçün trenajor zalına getdim, lakin 10 dəqiqə sonra ölü kimi idim. Bu virusu ən qısa müddətdə məğlub etməliyik. Bunun yeganə yolu hamını düşünməkdir. Ancaq bu şəkildə normal gündəlik həyatımıza qayıda bilərik".  /Qol.az

DİGƏR XƏBƏRLƏR

Top