Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı - VİDEO


Azərbaycanın Türkiyədəki Səfirindən REAL TV-ə eksklüziv açıqlama

Səfir Xəzər İbrahim REAL TV-nin Türkiyə bürosuna açıqlamasında bu ölkədə 6 azərbaycanlıya “COVİD-19” diaqnozunun qoyulduğunu açıqlayıb.

Onların vəziyyəti barədə açıqlama verən səfir bildirib ki, koronavirusa yoluxan həmyerlilərimizin vəziyyəti yaxşıdır. “COVİD-19”a yoluxan azərbaycanlılar 20-50 yaş qrupundan olan şəxslərdir.

Səfir Türkiyənin müxtəlif şəhərlərində yaşayan 8000-dən çox azərbaycanlıya yardım edildiyini və yardımların bundan sonra da davam etdiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top