
11 aprel 2020-ci il saat 16:00-a olan sonuncu məlumata görə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 111 milyon 335 min 871 manat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 84 milyon 488 min 935 manatı hüquqi şəxslər, 6 milyon 846 min 936 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Onu da bildirək ki, 22 saat əvvəlki - 10 aprel 2020-ci il saat 18:00-a olan məlumatda göstərilib ki, “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 111 milyon 269 min 631 manat daxil olub və bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 84 milyon 423 min 94 manatı hüquqi şəxslər, 6 milyon 846 min 536 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Rəqəmlərdən də göründüyü kimi, son 22 saat ərzində hüquqi şəxslər Fonda 65 min 841 manat, fiziki şəxslər isə 400 manat köçürüblər.
Məlumat üçün qeyd edək ki, “Koronavirusla Mübarizəyə Dəstək Fondu” Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz