Ermənistan Türkiyədən yardım istəyib? – Ermənistan XİN-dən açıqlama - VİDEO


Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan Türkiyə tərəfinin Ermənistanın koronavirusla mübarizədə kömək istəməsi barədə açıqlamasına münasibət bildirib.
Yeniavaz.com
Ermənistan KİV-lərinə istinadən bildirir ki, Nağdalyanın Ermənistanın Türkiyəyə yalnız vətəndaşlarının təhvil verilməsi ilə əlaqədar müraciət edib. 
"Türkiyə tərəfi ilə əməkdaşlıq yalnız bu çərçivə ilə məhdudlaşdı və Ermənistan bu çərçivədən kənar heç bir dəstək istəmədi",  - deyə Nağdalyan bildirib. 
Məlumat üçün bildirək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın CNN-Türk kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistanın Türkiyədən dərman istəyib. Mətbuat katibi qeyd edib ki, Prezident Ermənistanın bu tələbini təmin etdi və Səhiyyə Nazirliyi bu prosesi həyata keçirir.
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib: “Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”. 

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top