
Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyi məlum olub.
Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bu barədə məlumat verib.
Onun sözlərinə görə, iclasın gündəliyinə 24 məsələ daxil edilib.
O bildirib ki, gündəlikdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” və digər məsələlər var.