"Aztəminatlı vətəndaşlara ərzaq yardımı göstərilir və bu proses davam edəcək" – Nazirlikdən AÇIQLAMA


“Bu proses təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə yox, digər qurumların dəstəyi ilə də həyata keçirilir”.
Bu sözləri Yeniavaz.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bu dövrdə göstərilən ərzaq yardımları ilə bağlı məlumat verərkən deyib. O bildirib ki, bu proses bundan sonra da davam edəcək:
“Bir çox şirkətlər korporativ-sosial məsuliyyət prinsipi çərçivəsində, həmçinin bu dövrdə milli həmrəylik çağırışlarına cavab olaraq, tənha yaşayan vətəndaşlarımıza, ahıl vətəndaşlarımıza, həssas qruplara, bu dövrdə işini və qazancını itirmiş vətəndaşların müəyyən bir kəsiminə ərzaq yardımı edirlər. Təkcə 15 min tənha yaşayan vətəndaşımıza müxtəlif şirkətlər ərzaq payı göndəriblər. Bu proses təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə yox, digər qurumların dəstəyi ilə də həyata keçirilir. Sonuncu dəfə Ədliyyə Nazirliyi 1600 aztəminatlı vətəndaşımıza ərzaq yardımı etdi. Yerli icra hakimiyyətləri, ayrı-ayrı fiziki və hüquqi şəxslərin özləri də bu ərzaq yardımını göstərirlər və bu proses davam edəcək”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top