Çində 5 martdan sonra ilk dəfə koronavirusa yoluxanların sayı artıb


Çindən bütün dünyaya yayılan kororonavirus pandemiyasından ölənlərin sayı hər keçən gün daha da artır.
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, virusun ilk yayıldığı Uhanda karantin rejiminin ləğv edilməsindən sonra Çində xəstəliyə yoluxanların sayında artım müşahidə olunub.
Ölkənin cənub-qərbindəki Helonqyanq şəhərində virusa yoluxanlar sayında artım olması Çin hökumətini hərəkətə keçirib və Rusiya ilə sərhəddə yerləşən şəhər koronavirusla mübarizədə yeni cəbhə halına gətirilib.
Bu gün açıqlanan rəsmi nəticələrə son 24 saatda Çində virusa yoluxanların sayı 108 nəfər olub, ki bu da 5 martdan sonra ən yüksək göstəricidir. 
Qeyd edək ki, Çində virusa yoluxanların sayı 82 160, ölənlərin sayı isə son 24 saatda 2 nəfər artaraq 3 341 nəfər olub.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top