"Ayaqqabı dabanı, zibil qutusu, yataq başlıqları..." - Koronavirus görün hansı yollarla yayıla bilirmiş


İnsanın koronavirusa 4 metr məsafədən də yoluxa bildiyi məlum olub.
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində fəaliyyət göstərən "Yoluxucu Xəstəliklərdən Mühafizə Mərkəzi"nin hazırladığı araşdırmada, koronavirus pandemiyasının yoluxuculuq qabiliyyətinin daha uzaq məsafələrdən mümkünlüyü qeyd olunub.
Mərkəzin "Yoluxucu Xəstəliklər" adlı jurnalında yayımlanan araşdırma məqalədə "Havadakı hissəciklərin xarakteriktikası COVID-19 xəstəliyinin yayılma məsafəsinin 4 metr olduğunu ortaya qoyur" açıqlamasına yer verilib. Məqalədə həmçinin, virusun yayılmağa başladığı Uhan şəhərindəki xəstəxanada işləyən tibb işçilərinin ayaqqabıların dabanlarından götürülən analizin nəticələri də yayımlanıb.
Qeyd olunub ki, reanimasiyada işləyən həkimlərin yarısından çoxu koronavirusa yoluxub. Buna səbəb kimi də, xəstəxana işçilərinin ayaqqabılarının virus daşıyıcılığının olması ilə əlaqələndirilib.
Həmçinin bildirilib ki, Pekin Hərbi Araşdırma Xəstəxanası tərəfindən aparılan araşdırmada, tibb işçilərinin özlərinin belə fərqində olmadan virusu yaydığına diqqət çəkilərək, "kompüterin mausunda, zibil qutusunda və yataqların başlıqlarında yüksək miqdarda koronavirus aşkarlanıb" ifadəsinə yer verilib.

​İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top