Süleyman Soylu istefa verdi


Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verdi. 

Yeniavaz.com xəbər verir ki, S.Soylu bu barədə "Tvitter"də yazıb.

Soylunun istefa məktubunda deyilir: 

“Səylə və diqqətlə həyata keçirilən müddətdə, epidemiyanın tamamilə qarşısının alınması üçün həftə sonu küçəyə çıxmaq qadağasının tətbiqinin məsuliyyəti tamamilə mənə aiddir.

Başlanğıcda məhdud saatlarda da olsa, ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu müddətlə üst-üstə düşmədi…

Yaşadığım təcrübə, məsuliyyəti üzərimdə olan bu hadisədə mənzərə belə olmamamlı idi.

Heç vaxt zərər vermək istəmədiyim Əziz Millətimiz, həyatımın sonuna qədər sadiq qalacağım Cənab Prezidentimiz məni bağışlasın…

Şərəflə icra etdiyim Daxili İşlər naziri vəzifəmdən ayrılıram…

Bütün dostlara, həmkarlarım Allaha əmanət.

Allah millətimizi qorusun…”.

Qeyd edəki ki, 10 aprel tarixində Türkiyənin 31 böyük şəhərində 48 saatlıq komendant saatı elan olunmuşdu. Qərarın ani olması insanları təşvişinə səbəb olmuş, marketlər böyük sıralar əmələ gəlmiş, insanlar arasında kütləvi qarşıdurmalara səbəb olmuşdu. Sözügedən qərar anidən elan olunmasının yoluxucu xəstəliklə mübarizədən daha çox yayılmasına səbəb olduğu və hazırlıq prosesinin zəif olduğuna dair tənqidlər səsləndirilmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top