ATV-nin redaktoru bu qurumun mətbuat katibi oldu - FOTO


ATV-də yayımlanan “ATV Səhər” verilişinin baş redaktoru Aytən Əliyevaya yeni vəzifə verilib.
Yeniavaz.com-un məlumatına görə, aparıcı İcbari Sığorta Bürosuna mətbuat katibi təyin olunub.
Bu barədə A.Əliyeva sosial şəbəkədə məlumat verib.  
Qeyd edək ki, Aytən Əliyeva ATV-də “Xəbərlər” proqramını da təqdim edib. O həmçinin, “Xəzər” və “Space” telekanallarında aparıcı olub.

DİGƏR XƏBƏRLƏR

Top