Polad Bülbüloğlu Rusiyadakı azərbaycanlılara müraciət etdi - VİDEO


Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlı vətəndaşlara müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib. 
Səfir bildirib ki, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.
“Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.
Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq.
20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir.
Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin.

Xahiş edirik ki, Səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top