Boris Conson xəstəxanadan evə buraxıldı


Koronavirusa yoluxduğuna görə, bir neçə gündür reanimasiyada müalicə olunan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Baş nazirin sözçüsü məlumat verib.
O bildirib ki, Boris Consonun müalicəsi davam etdiyi üçün həkimlərin tövsiyəsi ilə o, dərhal işə geri dönməyəcək, Çequersdəki Baş nazirə məxsus evdə müalicəsini davam etdirəcək.
Baş nazirin sözçüsü xəstəxananın bütün həkimlərinə təşəkkür etməyi də unutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top