Koronavirusa qalib gələn 86 yaşlı qadın, başqa səbəbdən öldü - VİDEO


Türkiyənin Sakarya şəhərində koronavirusa yoluxduqdan sonra sağalaraq xəstəxanadan evə göndərilən Rəsmiyyə İşık vəfat edib.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, 9 gün boyunca xəstəxanda müalicə olunan 86 yaşındakı qadın sağaldıqdan sonra evə göndərilib.
Bir neçə gün sonra R. İşığın səhhətində yenidən problem yaranıb.
Yaşlı qadın həkimlərin müayinəsindən sonra təcili xəstəxanaya aparılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq 86 yaşlı qadın xəstəxanda vəfat edib.
Xəstəxanadan İşığın, beyin qanamasından vəfat etdiyini bildiriblər.
Qeyd edək ki, Rəsmiyyə İşık ümrə ziyarətindən qayıdan oğlu ilə gəlinini ziyarət etdikdən sonra koronavirusa yoluxmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top