
İspaniyada koronavirusa yoluxan daha 619 nəfər ölüb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bu, son 3 gündə qeydə alınan ən böyük göstərici olub.
Son 24 saatda İspaniyada 4 min 167 nəfər koronavirusa yoluxub.
Bununla da virusa yoluxanların ümumi sayı 166 min 19 nəfər olub.
Qeyd edək ki, ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 16 min 972 nəfərə çatıb.