Şimal bölgəsinə qar yağıb - FOTO


Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlı yaşayış məntəqələrinə qar yağıb.
Yeniavaz.com APA-ya istinadən bildirir ki, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.
Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.
Qrız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

DİGƏR XƏBƏRLƏR

Top