Baş nazir UEFA prezidentini tənqid etdi: Bu oyun bioloji bomba idi

Sloveniyanın baş naziri Yanez Yanşa UEFA prezidenti Aleksandr Çeferinə sərt formada cavab verib. 

Yanşa həmyerlisi olan Avropa futbol qurumunu pula hərislikdə ittihat edib. 

Daha əvvəl Çeferin müxtəlif ölkələrdə hökumətlərin koronavirus pandemiyası ilə mübarizədə lazımınca tədbirlər görmədiyini bildirib. Sloveniyalı baş nazir isə məhz İtaliya ilə İspaniyadakı konsert və futbol matçları üzündən virusun Avropaya sürətlə yayıldığını açıqlayıb: "Bunun nəticəsidir ki, onlarla insan ölür və öləcək. Bir sıra konsert və oyunlar pula hərislik üzündən ləğv olunmadı. Bu, hətta Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdikdən sonra da səngimədi". 

Yanşa İspaniyada "Valensiya" və İtaliya "Atalanta"sı arasında martın 11-də keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu bioloji bomba adlandırıb: "Xəbərdarlıqlar kifayət etmədi ki, UEFA yarışları dayandırsın. Onlar yalnız pulun qayğısına qalırlar". 

Qeyd edək ki, "Atalanta" "Valensiya"nı səfərdə 4:3, evdə isə 4:1 hesabı ilə yenərək, 1/4 finala yüksəlib. //Report

DİGƏR XƏBƏRLƏR

Top