Erməni kişi parlamentin binası qarşısında ağzını tikib


Ermənistanın paytaxtı İrəvanda bir kişi parlamentin binası qarşısında ağzını tikib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, nazirliyin əməliyyat qrupunun işçiləri və psixoloq hadisə yerinə gəlib.
Məlum olub ki, bu şəxs 1991-ci il təvəllüdlü vətəndaş Migran M.dir. O, sosial problemlərini əsas gətirərək dodaqlarının bir hissəsini tikib. Həmin şəxsə hadisə yerində psixoloji yardım göstərilib. Əraziyə həmçinin təcili yardım briqadası gəlib, lakin etirazçı həkimlərin xidmətlərindən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top