Göyçaylı iş adamı 1600 ailəyə ərzaq yardımı edib - FOTO


Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov Azərbaycanda koronavirusla əlaqədar elan olunan karantin rejiminə görə evdə qalan 65 yaşdan yuxarı insanlara, əlillərə, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibələrinin iştirakçılarına və onların ailə üzvlərinə, tənha qocalara, yataq xəstələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə, karantin dövründə işləmədiyi üçün sosial durumu ağır olan şəxslərə, çoxuşaqlı kasıb ailələrə, ailə başçısını itirmiş qadınlara ərzaq yardımı göndərib.
Yeniavaz.com xəbər verir ki, hər ailəyə toyuq əti, kərə yağı, düyü, qarabaşaq, makaron, qarğıdalı yağı, qatılaşdırılmış süd, un, yumurta, duz, kartof, soğan, çay, salfetka, qənd və “AzNar”ın meyvə şirələri hədiyyə olunur.
Aprelin 9-da 300 ailəyə ərzaq yardımı verilib. Məhsulların qablaşdırılması və evlərə çatdırılması prosesi aprelin 10 və 11-də davam edəcək.
Qeyd edək ki, Fərhad Əhmədovun dəstəyi ilə aprelin 9-10-da ümumilikdə 1600 ailəyə ərzaq yardımı paylanılıb, 10 imkansız ailəyə müalicə üçün maddi yardım göstərilib. Vətəndaşlar bu çətin günlərdə onlara göstərilən qayğıya, verilən ərzaq və maddi yardıma görə Fərhad Əhmədova təşəkkür ediblər.

DİGƏR XƏBƏRLƏR

Top