Alimlərdən yeni araşdırma - Kronavirusun yeni növünün üç fərqli tipi yayılır


Böyük Britaniyanın Kembric Universitetinin alimləri, dünyada bir milyon yarımdan çox insana yoluxan yeni növ koronavirusun tarixini araşdıraraq üç fərqli tipini müəyyənləşdiriblər. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat nəticəsində yeni növ koronavirusun müxtəlif immunitet sistemləri ilə daim mübarizə aparmaq üçün davamlı mutasiyaya uğradığı məlum olub. Eyni zamanda üç  növə, A, B, C növlərinə bölündüyü açıqlanıb. Mütəxəssislərin fikrincə A növ virus yarasalardan insanlara keçir. Lakin, Çində  yayılan virus A növü olmayıb. Yanvar ayında, yoluxma epidemiya həddinə çatan zaman koronavirusla mübarizəyə başlayan Çində virusun dəyişilmiş B versiyası yayılıb.
Koronavirusun heyvanlardan insanlara ötürülən növü, yəni A tipi hazırda ABŞ və Avstraliyada olduğu məlum olub.
Araşdırmalara görə, ABŞ-da baş verən ümumi koronavirus yoluxmalarının üçdə ikisi virusun heyvandan insana ötürüldüyü A tipinə mənsubdur. Alimlər virusun ABŞ-a orijinal formada sürətlə yayıldığını deyirlər.
B tipi isə Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə yayılıb.
B növündən törəyən C tipinin yayılması isə Sinqapurda müşahidə olunub.
C tip virusun Sinqapurdan bir çox Avropa ölkəsinə yayıldığı bildirilsə də, Avropada ən çox müşahidə edilən virus B tipidir.

DİGƏR XƏBƏRLƏR

Top