Goranboy sakini iddia edir ki, bu bitki koronavirusun dərmanı ola bilər - FOTOLAR


Dünyanı cənginə alan koronovirusdan qorunmaq, yoluxmadan azad olmaq üçün hər hansı vaksin, dərman bitkisini tapmaq hər kəs üçün maraqlıdı.
Yeniavaz.com
xəbər verir ki, Goranboyun Borsunlu kəndində yaşayan 67 yaşlı Ələddin Abbasov iddia edir ki, üzərlik bitkisi ilə həmin virusu məhv etmək olar. O bildirir ki, yabanı halda bitən bitkinin qurusunu yandırmaqla onun tüstüsünü qoxulayıb mikrobları öldürmək mümkündür.
Aran rayonlarında rast gəlinən üzərlik daha çox nəzər qaytarmağı ilə tanınsa da, əslində bir sıra xüsusiyyətləri ilə seçilir. Ələddin Abbasov bitkini gündəlik evdə yandırmaqla da faydalanmağın mümkün olduğunu deyir.
Goranboy sakini üzərliyin tüstüsündən istifadə etməklə tez bir zamanda virusdan qorunmağın mümkün ola biləcəyini düşünür. Qeyd edək ki, Türkmənistan prezidenti də ölkəsində kornovirusdan qorunmaq üçün üzərlikdən istifadəyə üstünlük verilməsini vacib hesab etmişdi.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top