Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs saxlanılıb - FOTOLAR


Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq, karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən APA-ya məlumat verilib. Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyənləşib. 

T. Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top