
İndoneziyanın Maumere şəhəri istiqamətində gedən kiçik gəmidə yeni növ koronavirus aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, gəmi limana yaxınlaşarkən, bəzi işçilərin COVİD-19-a tutulduğu anons edilib. Bunu görən 5 sərnişin panikaya düşərək özlərini dənizə atıb. 255 nəfərin səfər etdiyi gəmidəki digər şəxslər dənizə tullananlara xilasedici jilet veriblər. Buna baxmayraq həmin şəxslər gəmiyə qayıtmaqdan imtina edərək, sahilə doğru üzərək limana çatıblar. Daha sonra gəmiyə tibb işçiləri gəlib və lazımi müdaxilələri ediblər.
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz