BNA: “Daşıyıcılara sürücülərin əməkhaqlarını azaltmamağı tövsiyə edirik”


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sərnişin azalması səbəbindən sürücülərin maaşlarının azalıb-azalmayacağı məsələsinə münasibət bildirib.

Yeniavaz.com APA-ya istinadla verdiyi xəbərə görə o bildirib ki, BNA sürücülərin əmək haqqı məsələsi ilə bağlı daşıyıcılarla görüşlərdə hər zaman tövsiyə edir ki, əmək haqqı azaldılmasın:

“Ölkə başçısı da bununla bağlı sahibkarlara çağırış edib. Bu çətin dönəmdə sərnişin daşınması davam edir. Sərnişinlərin 60-70 faiz azalmasına baxmayaraq, sürücülərin əmək haqqı məsələsi ilə bağlı tövsiyə etmişik. Bildiyimiz qədərilə, sahibkarlar bu tövsiyəyə əməl edirlər”.

M.Ağayev deyib ki, hazırda "BakuBus"da 700-dən çox sürücü çalışır. 

DİGƏR XƏBƏRLƏR

Top