Putin koronavirusla mübarizəni türklərlə savaşa bənzətdi - "Hər şey keçər..."


Rusiya prezidenti Vladimir Putin yeni növ koronavirusla mübarizəni türklərlə müharibəyə bənzədib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Putin COVİD-19-la mübarizə barədə gündəm olan sözlər söyləyib. Prezident 11-ci əsrdə rusların türk xalqları olan Peçenek və Qumanlarla müharibəsini xatırlayaraq belə deyib:
"Hər şey keçər, bu da keçəcək. Bizim ölkəmiz ciddi sınaqlardan keçib. Peçenek və Qumanlar hücum etdi, Rusiya hamısının öhtəsindən gəldi. Koronavirus bəlasına da qalib gələcəyik".
Qeyd edək ki, Rusiyada yeni növ koronavirus səbəbilə ölənlərin sayı 76, həmin xəstəliyə yoluxanlar isə 10 min 131 nəfərdir. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top