Koronavirus pandemiyasının ciddi ziyan vurduğu klublardan olan "Qalatasaray" bunu sığortalamaq üçün tarixi qərar qəbul edib.
İstanbul klubunun voleybol komandası bütün əcnəbi oyunçuları ilə yollarını ayıracaq.
Bunu "sarı-qırmızılılar"ın voleybola məsul olan İdarə Heyətinin üzvü Okan Böke açıqlayıb. O bildirib ki, yeni mövsüm komanda bütünlüklə yerli voleybolçulardan ibarət olacaq: "Növbəti mövsümü yalnız türkiyəli voleybolçularla keçirəcəyik. Komandada yalnız bir əcnəbinin müqavilə müddəti gələn ilə qədərdir. Ancaq onunla da söhbətimiz olacaq".
"Qalatasaray" rəhbərliyi futbol komandasında ciddi dəyişiklik etməyi planlaşdırmır.//APA