Bu ölkədə 1200 nəfər koronavirusa yoluxub ancaq, cəmi bir nəfər dünyasını dəyişib


Yeni növ koronavirus səbəbilə dünyada ölənlər və yoluxanlar çoxalmağa davam edir.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, bütün dünyada yayılan COVİD-19-la bağlı ən sevindirici hal Yeni Zellandiyada yaşanır. CNN televiziyasının yaydığı məlumata görə, Yeni Zellandiyada 1200 nəfər koronavirusa yoluxub ancaq bu günə qədər cəmi bir nəfər həmin xəstəlik səbəbilə dünyasını dəyişib. Ölkədə virusdan ölüm halların az olmasının əsas səbəbi kimi, karantin qaydalarının vaxtında və lazımi səviyyədə tətbiqi göstərilir. Təxminən 5 milyon əhalisi olan Yeni Zellandiya hökuməti təhlükəli virusun dünyada yayılmağa başladığı vaxtdan qısa müddət sonra xüsusi tətbiqlər görməyə başlayıb. Qeyd edək ki, dünyada  yeni növ koronavirusa 1 milyon 535 min 871 nəfər yoluxub, 89 min 873 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top