Dünyada kütləvi ölümlərə səbəb olan COVID-19-a qarşı hazırlana dərmanlardan birininin müsbət nəticələr verə biləcəyi açıqlanıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən dərman şirkətlərindən birində koronavirusa qarşı hazırlanan dərmanlardan birinin xəstəliyə qarşı təsirli ola biləcəyi açıqlanıb. Şirkətin araşdırmalar üzrə direktoru Mikael Dolsten ilkin dərmandan COVİD-19-a qarşı istifadədə ilkin sınaqların müsbət nəticələr verdiyini bildirib. Verilən məlumatlara görə, hazırda həmin dərman üzərində təkmilləşdirmə işləri davam etdirilir.