Qarabağ müharibəsi əlilləri də unudulmur - VİDEO


Bu gün hər kəs imkanı daxilində imkansıza, kimsəsizə, xəstələrə əl tutur bugünkü çətin gündə dayaq olmağa, yardım etməyə çalışır. Mingəçevir şəhərində də imkansız ailələrə yardım olunur, ərzaq bağlamaları verilir. İmkansız ailələr içərisində olan Qarabağ müharibəsi əlilləri də unudulmur. Sağlıq durumunu itirmiş insanlara həm dövlət tərəfindən hər zaman qayğı göstərilir, həm də yardımsevər insanlar əl tutur. Onların içərisində  1-ci qrup Qarabağ müharibəsi əlili İlham Həmidov da var.
İlham Həmidov Yeniavaz.com saytına müraciət edərək ona olunan dəstəyə görə öz minnətdarlığını bildirmək istədiyini deyib.
Qeyd edək ki, İlham Həmidov 3 il 6 ay erməni əsirliyində olan kəşfiyyatçıdır. Bu gün də İlham sağlıq durumu ilə bağlı problem yaşasa da ona olunan yardımlara görə minnətdarlıq etməyi özünə borc bilib.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top