Bu səyahət gəmisi göyərtəsindəki sağlam sərnişinlərlə koronavirusdan “qaçır” - FOTO


Panama qeydiyyatlı “MSC Magnifica” adlı səyhət gəmisi, artıq bir aydır okean sularında üzür və göyərtəsindəki 2 mindən çox sərnişinlə birlikdə heç bir limana yaxınlaşa bilmir.

Nə gəminin şəxsi heyəti, nə də sərnişinlərdən kimsə koronavirusa yoluxub.

“İl yarım öncə mən xanımımla birlikdə gəmi ilə 117 günlük dünya səyahətinə bilet aldım. Biz laynerə bu il yanvar ayının 6-da Fransanın Marsel şəhərində mindik. Hələ o vaxta qədər koronavirusdan heç kim danışmırdı. Daha sonra bizim marşurutumuz elə gətirdi ki, möcüzə ilə koronavirus zonalarından uzaqlaşdıq və yoluxan heç bir ölkəyə yanaşmadıq. Ona görə də bizi problem olmadan Sakit okenadakı Taiti adası, Pasxa adası, Kuka adası, Yeni Zelandiyada qəbul etdilər”,-deyə sərnişin Mixail Valtfogel youtube kanalında bilirib.

Yalnız səyahətinin 70-c günündə layner Tasmaniya adasına yaxınlaşan zaman bölgə rəhbərliyi onlara lövbər atmaq izni verməyib.

Hazırda gəmidə 2,2 min sərnişin var. Onlardan yeddisi Rusiya vətəndaşıdır. Əksəriyyət isə fransız, italyan və almanlardır. Gəmi sakinlərinin böyük qismini yaşlı adamlar təşkil edir. Bundan başqa, gəmidə min nəfərlik ekipaj da xidmət göstərir.

Mixail Valtfogel sərnişinlərin bu il mart ayının 10-dan hələ də gəmidən kənara ayaq basmadığını və bu situasiyanın onların xoşuna gəldiyini deyib.

“Avstraliyada bizə yaxşı ərzaqlar, dadlı balıq yeməkləri və şərab yüklədilər”,-deyə o, sosial şəbəkədə yazıb.
Mətbuatın yazdığına görə, hazırda iri səyahət layneri İtaliyaya doğru yol alıb. Gəmidən ilk evakuasiya Şri-Lankada gerçəkləşdirilib. Burada ürəyində problemlər yaranan yaşlı alman qadını düşürüblər.


//musavat

DİGƏR XƏBƏRLƏR

Top