Hamilə məktəbli Mehriban Zeynalovanın sığınacağına yerləşdirilib


Lerikdə müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalan 17 yaşlı qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

Birliyin rəhbəri Mehriban Zeynalova “Qafqazinfo”ya bildirib ki, zərərçəkmiş bu gün sığınacağa gətirilib: “Hazırda xanımın psixoloji vəziyyəti normaldır. Bir-iki gün vaxt verəcəyik ki, adaptasiya olsun. Daha sonra psixoloqla birlikdə söhbət aparılacaq. Hər bir şeylə təmin olunub, müayinələri vaxtı-vaxtında aparılacaq. Hamiləliyini davam etdirib etdirməməsi öz seçimidir, yəqin ki, davam etdirəcək. Hələ ki, bu barədə söhbət aparmamışıq”.

Qeyd edək ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Təqsirləndirilən 59 yaşlı Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Top